Sosial 

Rusiyalı reper Azərbaycandan üzr istəyib: “Məni bağışlayın” VİDEO

Bir il əvvəl azərbaycanlıları təhqir edən rusiyalı reper Aleksandr Timartsev (Restorator) üzr istəyib.

ARANTV.AZ  “Lenta.ru”ya istinadən xəbər verir ki, o, instaqram səhifəsinin hekayə bölümündə paylaşdığı videoda bunları deyib:

“Azərbaycanın bütün sakinləri qarşısında üzr istəyirəm. Yalnız sevgi və hörmət. Mən çox içkili idim və bunu dediyimi xatırlamıram. Sizi çox sevirəm, məni bu addımıma görə bağışlayın. Ümumiyyətlə bilmirəm ki, bunu niyə demişəm. Bir daha üzr istəyirəm”.

Qeyd edək ki, söhbət bu yaxınlarda “TikTok” və bir sıra teleqram kanallarında yayılmış 2020-ci ilin videosundan gedir. O, həmin videoda azərbaycanlıları diz çökməyə və Qarabağı Ermənistana verməyə çağırmışdı.

Daha çox xəbərlər