Rusiyada baş verən təbii fəlakətin görüntüləri – FOTO/VİDEO
Rusiyanın Stavrapol diyarı təbii fəlakətin cəngindədir.
Belə ki, sürəti saniyədə 30 metr olan küləyə görə ağaclar və reklam lövhələri aşıb, bir neçə yaşayış binasının damı uçub, avtomobillərə ziyan dəyib.
Vəziyyət qar yağması, duman və temperaturun kəskin düşməsi ilə daha da çətinləşib. Regionda elektrik enerjisinin verilişi dayanıb, nəticədə 35 mindən çox insan işıqsız qalıb.
Sosial şəbəkələrdə Stavropolda baş verən qasırğanın görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Mənbə: stavropolye.tv

