Hadisə 

Bakıda yetkinlik yaşına çatmayan qıza qarşı – Əxlaqsızlıq

Bakıda yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən Cavid Əhmədovun barəsində ibtidai istintaq başa çatıb.

ARANTV.AZ  teleqraf.com-a istinadən xəbər verir ki, toplanan cinayət işi üzrə material baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nazim Tağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 13-nə təyin edilib.

Cavid Əhmədov paytaxtın Xətai rayonunda 14 yaşına çatmayan Sevda Məmmədovaya (ad və soyad şərti verilib – red.) əxlaqsız hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Cavid Əhmədovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə ittiham elan edilib.

 

Daha çox xəbərlər