Ötən il Türkiyəyə ərə gedən qızlarımız — STATİSTİKA
Ötən il 3000-dən artıq azərbaycanlı qadın Türkiyə vətəndaşı ilə ailə qurub.
ARANTV.AZ xəbər verir ki, Türkiyə Statistika İnstitutu 2018-ci ildə ölkə vətəndaşlarının xarici ölkə qadınları ilə bağlı nigaha girməsi ilə bağlı rəsmi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 2018-ci il ərzində Türkiyə vətəndaşları 22,7 min xarici ölkədən olan qadınla nigaha girib.
Ötən il Türkiyə vətəndaşları daha çox Suriyalı xanımlarla ailə qurub. Statistikaya əsasən suriyalı qadınlar nigaha girənlərin 15,7 faizini təşkil edir. İkinci yerdə isə Azərbaycan qadınlarıdır. Türkiyə vətəndaşlarının bağladığı beynəlxalq nikahların 13,9 faizi azərbaycanlı qadınların payına düşüb.
Almaniya vətəndaşları 10,9 faizlə üçüncü yerdə qərarlaşıb.
Ölkə.Az

