Britaniya Azərbaycanın prioritetlərini dəstəkləyir
“Britaniya Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyini müvəffəqiyyətlə yerinə yetirməsi üçün onunla işləməyə hazırdır”.
ARANTV.AZ xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter”də bildirib.
Britaniyalı diplomat Azərbaycanı ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi münasibətilə təbrik edib.
“Biz Azərbaycanın silahlara nəzarət və Qadınlar Sülh və Təhlükəsizlik üzrə prioritetlərini dəstəkləyirik. Azərbaycanın Fəaliyyət Planını həyata keçirməyini səbirsizliklə gözləyirik”, – səfir qeyd edib.

