17 yaşlı oğlan anasına mesaj yazan kişini qanına qəltan etdi – VİDEO
Həmin kişinin onun anasına mesaj yazması gənci özündən çıxarıb.
Türkiyənin Çanakkale bölgəsində yaşayan 17 yaşlı B.K. anasına mesaj yazan 38 yaşlı Ramazan Demir adlı şəxsi vəhşicəsinə qətlə yetirib.
ARANTV.AZ aznews.az-a istinadən xəbər verir ki, Ramazan Demirin B.K.nın anasına mesaj yazması gənci özündən çıxarıb. Küçədə Ramazan Demirlə görüşən oğlan ona 17 bıçaq zərbəsi endirib. Əvvəlcə Ramazan B.K.nın əlindən qurtularaq qaçmağa çalışsa da buna müvəffəq olmayıb. 17 yaşlı gənc ona çataraq Demirin kürəyindən zərbələr endirməyə davam edib.

