QMİ sədri: Ermənistan dövləti, milləti, din xadimləri yalançıdır
Ermənistan dövləti, milləti, din xadimləri – hamısı yalançıdır, bizi aldadırlar.
ARANTV.AZ xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, bu gün xaricdə bəzi insanlar, bəzi qardaşlarımız Azərbaycana zərbə vurmaq istəyir:
“Bu gün biz dövlətimizi necə qoruyuruq? Ölkəni qorumaq onu avtomatla qorumaq deyil ki?! Dövləti müdafiə etmək həm də dövlət rəhbərinin fikirlərini müdafiə etmək, onun dediklərini yerinə yetirməkdir. Bu haqqı eşidib onu müdafiə etməmək özü də bir günahdır. Bunun əksini edənlər dövlətçiliyimizi bilməyənlərdir. Bunu arxasında dayanan bəzi qüvvələr var”.
Şeyx qeyd edib ki, prezidentlə görüş zamanı ona çoxsaylı suallar ünvanlanıb:
“Bəs soruşum, görüm, bu dövləti, onun rəhbərini qorumaq, onun dediklərini yerinə yetirmək üçün siz ictimaiyyət, ziyalılar nə edirsiniz, atdığınız addımlar nələrdən ibarətdir? Mən də bunu gözləyirəm”.
Dilqəm və Şahbazın qaytarılması ilə bağlı məsələyə münasibət bildirən Şeyx onu da əlavə edib ki, qarşı tərəf məsələyə münasibət bildirmir:
“Dəfələrlə Dilqəm və Şahbazın qaytarılması ilə bağlı müraciət olunub. Lakin məsələ hələ də həll olunmur. Ermənistan dövləti, milləti, dini insanları – hamısı yalançıdır, bizi aldadırlar. Bütün bunlara baxmayaraq, biz özümüz güclü, qüvvətli olaq ki, başqa dövlətlər də bizdən çəkinsinlər”.oxu.az

