Cəmiyyət 

Daha 310 nəfərin 492 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə şəhid vərəsələrinin birdəfəlik ödəmə – 11 min manatla təmin olunması sahəsində işlər davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 310 nəfərin 492 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub. Onların siyahısı birdəfəlik ödəmənin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib. Yaxın günlərdə müvafiq vəsaitlərin həmin vərəsələrin bank hesablarına köçürülməsi təmin olunacaq. Vəsait köçürüldükdən sonra bu barədə onların telefon nömrələrinə elektron qaydada ismarıcla rəsmi bildiriş göndəriləcək. Ümumilikdə 12 min 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyənləşib. Bu günədək artıq 4 min 291 şəhidin 5 min 966 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və 5 min 474 vərəsəyə ödəniş edilib.

Daha çox xəbərlər