Bu yazını oxumadan su filtri ALMAYIN! – Yoxsa tez xarab olacaq…
Təmiz su problemindən əziyyət çəkən böyük şəhərlərdə insanlar evlərinə sutəmizləyici filtr quraşdırırlar.
Lakin bəzən ehtiyatsızlıq və müxtəlif səbəblərdən su filtrləri tez sıradan çıxır.
Maraqlıdır, su filtri hansı hallarda xarab olur? Tez xarab olmaması üçün məhsul alarkən nələrə fikir verməliyik?
Ölkədə su filtrlərinin satışı və quraşdırılması işini həyata keçirən “Aqua home” firmasının (aquahome.az) meneceri Emil Hacıyev Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda satılan su filtrlərinin hamısı xaricdən import olunur:
“Bunlara Ukrayna, Türkiyə, Çin, Koreya, Tayvan və Rusiya istehsalı olan filtrləri misal gətirmək olar. Onların iş prinsipi bir-birilərindən fərqlənmir. Lakin bəzi avadanlıqların ehtiyat hissələri (filtrləri) özünəməxsus forma və bağlantıları ilə seçilir. Bu da avadanlığı aldıqdan sonra filtrlərin dəyişmə vaxtı çatdıqda, onların ehtiyat hissələrinin (filtrlərin) əldə edilməsində çətinliklər yaradır. Ona görə də su filtri alarkən həmin avadanlığın ehtiyat hissələrinin olub-olmamasına baxmaq lazımdır.

Bir nüansı da nəzərinizə çatdıraq ki, bu gün bazarda satılan bəzi filtrlərə istehsalçılar əlavə detallar yerləşdirirlər (su qaçaq sensoru, elektromaqnitli klapan, elektron tənzimləyici, TDS və s.). Bu da su ilə işləyən avadanlığın tez sıradan çıxmasına gətirib çıxarır.
Bu gün alıcılarımız bilməlidirlər ki, su filtri istehsalçıları suyun çirkliliyindən və codluğundan asılı olaraq, birinci 3 filtrə maksimum 6 ay istifadə müddəti nəzərdə tutur. Amma bəzi alıcılar bu hissələri vaxtında dəyişmədiyi üçün filtrdə sonradan problem yaranır. Bəzi satıcıların bilərəkdən və ya bilməyərəkdən birinci 3 filtrə bir il zəmanət verməsi avadanlıqda ən əsas olan membran və pompanın sıradan çıxmasına gətirib çıxarır. Bu səbəblə, alıcılara su filtri alarkən diqqətli olmaları tövsiyə olunur”.
Aşağıdakı cədvəldə filtrlərin zəmanəti və istifadə müddəti ilə tanış ola bilərsiniz.


