Siyasət 

Donald Tusk: “Dağlıq Qarabağ münaqişəsi üzrə hazırkı status-kvo uzun müddət davam edə bilməz”

Dağlıq Qarabağ münaqişəsi üzrə hazırkı status-kvo uzun müddət davam edə bilməz.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla birgə brifinqdə deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların aparılması ümid verir:

“Danışıqlar prosesi və iki ölkənin təmasları ümid verir. Hazırkı status-kvo uzun müddət davam edə bilməz. Beynəlxalq hüquqa uyğun olaraq siyasi həll yolunu tapmaq lazımdır”.

Daha çox xəbərlər