Bakıda gənc oğlanı avtomobil vurub
Bakıda gənc oğlanı avtomobil vurub.
ARANTV.AZ “report”-a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
“Koroğlu” parkının yaxınlığında avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Mustafayev Siracəddin Bəxtiyar oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.

