Qırğızıstan-Tacikistan sərhədində atışmada 11 əsgər yaralanıb
Qırğızıstan-Tacikistan sərhədində baş verən münaqişə nəticəsində 11 əsgər yaralanıb.
Arantv.az Trend-ə istinadən bildirir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi xəbər verib.
Məlumata əsasən, dördündə qəlpə yaraları, ikisində güllə yarası qeydə alınıb:
“Yaralananların vəziyyəti orta ağır qiymətləndirilir”.

