Cəmiyyət 

Ötən ay 18 nəfər sirkə turşusundan zəhərlənib

Kliniki Tibbi Mərkəzə yanvar ayı ərzində zəhərlənmə faktı ilə bağlı 167 nəfər qəbul olunub.

ARANTV.AZ xəbər verir ki,  Mərkəzin Mətbuat xidmətindən bildirilib ki, xəstəxanaya yerləşdirilənlərdən 18-i sirkə turşusundan, 9-u allergiya səbəbindən, 67-si dərmandan, 5-i qidadan, 44-ü dəm qazından, 13-ü spirtli içkidən zəhərlənib. Bundan başqa qəbul olunanların 11-i isə anafilaktik şok keçirib.

Həkimlərin səyləri nəticəsində 167 nəfərdən 166-sı sağlamlığına qovuşub, 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Daha çox xəbərlər