Vətəndaşlara müraciət edirik ki…
“2021-ci ildə nəsli tükənməkdə olan heyvanların ovlanması halları ötən illərlə müqayisədə xeyli azalıb”.
ARANTV.AZ xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, bu istiqamətdə nəzarət tədbirləri gücləndirilir və aparılan maarifləndirmə işləri də öz təsirini göstərir:
“Hazırda 2023-cü ildə nəşr olunacaq “Qırmızı kitab”a adı salınacaq heyvanlarla bağlı sayım aparılır. Bu kimi heyvanların ovlanması qida xarakteri daşıdığı üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı da fəaliyyət nəzərdə tutulub. Vətəndaşlara da müraciət edirik ki, bu kimi hallar olduğu təqdirdə ETSN-in “Qaynar Xətt”inə müraciət etsinlər ki, neqativ halların qarşısını alaq” – o, vurğulayıb.

