Birinci sinfə sənəd qəbulu başlayır – VAXT
Bu il Bakı, Sumqayıt, Gəncə və Abşeronla yanaşı, Mingəçevir, Şirvan, Naftalan, Yevlax və Samux rayonlarında I sinfə qəbul elektron qaydada həyata keçirələcək.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva deyib.
Onun sözlərinə görə, birinci sinfə sənəd qəbulu martın 11-də səhər saat 10-da başlayır.

