Rusiyanın baş naziri Mehriban Əliyevaya məktub yazdı
Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
ARANTV.AZ xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə göndərilmiş məktubda qeyd olunur:
“Hörmətli Mehriban Arif qızı.
8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin.
Qadınlar bizim dünyamızı daha parlaq, daha gözəl, daha xeyirxah edirlər. Onlar ailə ocağını qayğı ilə qoruyur, evdə rahatlıq və səliqə yaradırlar. Ən başlıcası, onlar doğmalarına və yaxınlarına həmişə öz qəlblərinin hərarətini bəxş edir, onları qayğı və diqqətlə əhatə edirlər.
Qoy bu gözəl bayram əhval-ruhiyyəsi uzun müddət Sizi tərk etməsin.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm”.azərtac

