Sumqayıtda “Tofaş” divara çırpıldı: ölən və yaralananlar var
Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ Milli.Az -a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
“Tofaş” markalı minik avtomobili yoldan çıxaraq divara çırpılıb.
Nəticədə 1999-cu il təvəllüdlü Bağırov Elxan Nurəli oğlu yerindəcə dünyasını dəyişib. Avtomobildə olan digər 3 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

