Kriminal 

Şəmkirdə kişi həyat yoldaşını və onun səkkiz yaşlı qızını bıçaqlayıb öldürdü – YENİLƏNİB

Şəmkir rayonunda gənc qadın və azyaşlı övladı bıçaqlanaraq qətlə yetirilib.

ARANTV.AZ  xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 27 yaşlı qadın və onun 8 yaşlı qızı bıçaqlanıb. Hər iki yaralı aldığı xəsarətlərdən keçinib.

Hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Həsənov Elməddin Elimdar oğlu saxlanılıb.

Hadisənin təfərrüatları araşdırılır.

10:57

Şəmkir rayonunda gənc qadın və övladı bıçaqlanıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Hadisənin təfərrüatları araşdırılır.

Daha çox xəbərlər