Cəmiyyət 

Cinayət məsuliyyətinə ən çox bu həkimlər cəlb olunub – TOP 5

“Müasir anestezologiya və intensiv terapiya” mövzusunda keçirilən konfransda bildirilib ki, 2016-2017-ci illərdə həkim səhvinə görə cinayət məsuliyyətinə cəlb olunan tibb işçiləri siyahısında ilk üçlükdə anestezioloqlar, reanimatoloqlar yer alıb.

ARANTV.AZ medicina.az-a istinadən bildirir ki, bu barədə Anestezioloqlar Federasiyasının sədri Vladimir Qorbaçov məlumat verib.

Siyahıda birinci yerdə isə cərahlar durur. 2-ci yerdə mama-ginekoloqlar gəlir.

Həmin illərdə 57 cərrah, 30 ginekoloq, 19 anestezioloq cinayət məsuliyyətinə cəlb olunub.

Digər həkimlərdən pediatrlar, təcili yardım həkimləri, terapevtlər və tibb bacıları da qeydə alınıb.

 

Daha çox xəbərlər