Cəmiyyət 

Yaşamaq və yaratmaq üçün əlillik maneə ola bilməz – VİDEO

Bir çoxları əlilliyi nöqsan bilib, özləri kimi olmayanlara yuxarıdan aşağı baxırlar. Habuki əlillik qüsur deyil! Bir çox əlillər “normal” bildiyimiz insanlardan daha bacarıqlı, daha güclüdürlər. Onların dünya görüşü və daxili dünyası daha dərin ola bilər. Lakin daxili görmək üçün yan keçməmək, ən azından izləmək və dinləmək lazımdır. O zaman anlayacaqsınız ki, yaşamaq və yaratmaq üçün əlillik maneə ola bilməz.

Məsələn, dünya şohrətli avstraliyalı motivator, mesenat, yazıçı və müğənni Nikolas Ceyms Vuyçiç (Nicholas James Vujicic) nadir irsi xəstəliklə doğulub. Onun anadangəlmə aşağı və yuxarı ətrafları olmayıb. Vuyçiç bu çatışmazlıqla yaşamağı öyrənib və məhdud imkanlı uşaqlara, gənclərə kömək etməyə başlayıb. Onun həyat hekayəsi heyrət doğurur: bu, dünyaya hər iki əli və ayağı olmadan gələn, gənc, yaraşıqlı, həyatesevər bir kişinin həyat hekayəsidir. İndi o, uğur qazanıb və məşhurdur, gözəl bir qadınla evlidir və iki oğul atasıdır. Onun həyatı başqa insanlara kömək edə biləcəyini və kömək etməli olduğunu başa düşdüyü an dəyişib.

Yaşamaq və yaratmaq üçün əlillik maneə ola bilməz - VİDEOLakin düşünməyin ki, elə insanlar sadəcə xaricdə ola bilər.

Güc və əzmkarlığın nümunəsini jurnalist Orxanın Əliyevin uğur hekayəsində də görmək olar.

Belə gənclərimizin həyatının digərlərinə örnək və motivasiya olması üçün onları tanımaq və tanıtmaq lazımdır.

Bu səbəbdən BiG.AZ oxuculara Azərbaycan Respublikası Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Orxan Əliyev haqqında çəkilmiş kiçik videoçarxı təqdim edir. Ümid edirik, bu düşündürücü video izləyicilərə faydalı olacaq və hər kəs özü üçün bir dərs çıxaracaq.

Daha çox xəbərlər