Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin məzunlarının görüşü keçirilib
ARANTV.AZ xəbər verir ki, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin 1988-ci il məzunlarının buraxlışlarının 30 illiyinə həsr olunan görüş keçirilib. Əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub. Görkəmli oftolmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi orkestrin müşayiəti ilə başlanan görüşdə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü qarşısına gül dəstələri qoyulub. Məzunlar mərkəzin ərazisindəki hərbi tədris və yaşayış obyektləri, həmçinin atəş və taktiki şəhərciklər, “Üç təlim” mərkəzi ilə tanış olublar. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev məzun olmalarının 30 illiyi münasibətilə kursant yoldaşlarını təbrik edib, onlara uğurlar arzulayıb. Digər çıxışçılar isə təhsil aldıqları illərlə bağlı xatirələrini bölüşüblər. MDB-yə üzv ölkələrinin hərbi struktur qurumlarında uzun müddət xidmət edərək böyük hərbi təcrübə qazanan, bir qismi artıq təqaüddə olan məzunlar Azərbaycan Silahlı Qüvvələrinin müasir səviyyəsi və döyüş qabiliyyəti haqqında danışıblar. Tədbir film nümayiş olunub. İştirakçılara “Buraxılışın 30 illiyi” xatirə medalı və hədiyyələr təqdim edilib. Tədbir konsert proqram ilə yekunlaşıb.

