Dünya 

Rusiya tankları Krımdan Ukraynaya daxil oldu: Hücumun ilk qurbanlarının görüntüləri – VİDEO

Ukrayna Sərhəd Xidməti Krım istiqamətindən Rusiya hərbi texnikasının karvanının hərəkət etdiyini bildirib.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşılıb.

Bu arada Ukrayna Daxili İşlər Nazirliyinin Anton Geraşenko yerli KİV-ə bildirib ki, Kiyev vilayətinin Brovarı şəhərində atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Həmçinin Umanda gülləbaran qurbanının görüntüləri yayılıb.

Mənbə: “Podyom” “Telegram” kanalı

Daha çox xəbərlər