Cəmiyyət 

Elmira Süleymanova məzuniyyətə çıxıb

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova məzuniyyətə gedib.

ARANTV.AZ Milli.Az r-a istinadən xəbər verir ki, o, Milli Məclis Ombudsmanın 2018-ci il üzrə illik məruzəsini qəbul etdikdən sonra xarici ölkələrdən birinə məzuniyyətə yollanıb.

Onun hansı xarici ölkəyə getdiyi məlum deyil.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl report-a açıqlama verən Elmira Süleymanova sağlamlığında müəyyən problemlərin olduğunu deyib.

Xatırladaq ki, sonuncu dəfə 2010-cu il martın 5-də müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə – 2002-ci il və 2010-ci ildə İnsan hüquqları üzrə müvəkkili seçilib.

Daha çox xəbərlər