Cəmiyyət 

“SOCAR Media” jurnalistlər üçün beynəlxalq seminar keçirib – FOTOLAR

Xəbər verdiyimiz kimi, SOCAR Tower-də “SOCAR Media”-nın təşəbbüsü iləAzərbaycanda neft-qaz və energetika sahəsində fəaliyyət göstərən jurnalistlər üçün beynəlxalq seminar keçirilib.

ARANTV.AZ-ın məlumatına görə, seminarda Azərbaycanda fəaliyyət göstərən informasiya agentlikləri və media qurumlarının əməkdaşları, energetika sahəsində fəal jurnalistlər, habelə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri, eləcə də SOCAR-ın müxtəlif strukturlarında çalışan mətbuat üzrə mütəxəssislər olmaqla ümumilikdə 100-ə yaxın jurnalist iştirak edib.

Neft-qaz sahəsi və Yaxın Şərq məsələləri üzrə ixtisaslaşmış jurnalist Ceyms Qavin “Neft-qaz mövzusunda reportajların hazırlanması” adlı təqdimatında bir sıra vacib məsələlərə toxunub – beynəlxalq neft şirkəti nədir və milli neft şirkətlərindən nə ilə fərqlənir, karbohidrogenlərlə bağlı mövzular oxuculara aydın və qısa şəkildə necə izah edilə bilər, neft şirkətlərindən nə soruşmalısınız, reportaj və analitik yazınızın real vəziyyəti düzgün əks etdirdiyinə necə əmin ola bilərsiniz, neft və qaz sahəsinin icraçıları, o cümlədən PR ilə məşğul olan şəxslərlə əlaqələri necə inkişaf etdirməli və s. mövzusunda çıxış edib.

İqtisadi-siyasi mövzularda işləyən jurnalist Svenya O’Donnell yalan xəbərlərlə mübarizədə medianın rolu və geniş auditoriya üçün mürəkkəb mövzularda reportajların hazırlanması mövzularından bəhs edən çıxışında reportajlara inam, onu olduğundan daha yaxşı etmək hissinə müqavimət, adamlara cavab hüququnu vermək, xüsusi mövzuları sadə şəkildə ictimailəşdirmək kimi suallara cavab axtarıb. Son 8 ildə “Social360”-da təbii ehtiyatlar, maliyyə xidmətləri və dövlət sektorları çərçivəsində kompleks onlayn media monitorinq proqramlarına rəhbərlik etmiş Caylz Braun ənənəvi və sosial medianın inkişafı və saxta xəbərlərin artması mövzusunda, M&S plc-də maliyyə və korporativ PR üzrə direktor vəzifəsin icra etmiş Lourens Dor isə şirkətlər ilə müsbət əlaqələr yaratmağın və neqativ əlaqələrdən yayınmağın yolları haqqında çıxışlar ediblər. Hər bir seminarın sonunda müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

 

metbuat.az

Daha çox xəbərlər