Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşüb – FOTO
Martın 11-də Fransa Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Qebali ilə görüşüb.
ARANTV.AZ azərtac-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə “Suez Groupe” şirkəti arasında ətraf mühit, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.



