21 yaşlı qızı oğurlayan ata və oğlu barədə QƏRAR VERİLDİ
Məhkəmə Göyçayda 21 yaşlı qızı oğurlayan ata və oğlu barədə qərar verib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisədə təqsirləndirilən Feyruz Əliyev və atası Mahmud Əliyev məhkəmə qarşısına çıxarılıb.
Göyçay rayon Məhkəməsinin qərarı ilə Feyruz Əliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Atası barəsində isə ev dustaqlığı qərarı verilib.
Xatırladaq ki, hadisə füvralın 26-da səhər saat 08:30 radələrində Göyçay rayonunun Ulaşlı Şıxlı kəndi ərazisində baş verib.
Kənd sakinləri – Feyruz Əliyev, atası Mahmud Əliyev və anası Yeganə Əliyeva həmkəndliləri olan 21 yaşlı qızı oğurlayaraq həyətlərindəki tövlədə saxlayıb. Ailə qızın əllərini və ağzını bağlayaraq ona işgəncə verib.
Faktla bağlı Göyçay rayon Polis şöbəsində istintaq bölməsində cinayət işi başlanıb, F. Əliyev və M. Əliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb ediliblər.

