Siyasət 

YAP Şəmkir rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı Kür qəsəbə, Fizuli kənd ümumi orta məktəbi, Qasmalılar kənd və Atabəy kənd ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

ARANTV.AZ  xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ərazi partiya təşkilalarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Hesabat məruzələri ətrafında çıxış edənlər təşkilatların fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Daha çox xəbərlər