“Qarabağ”ın legionerinin Yel çərşənbəsi sevinci: Tonqal qaladı, papaq atdı, yumurta döyüşdürdü – FOTO
“Qarabağ”ın və Azərbaycan yığmasının milliləşdirilmiş legioneri Riçard Almeyda Yel çərşənbəsini İçərişəhər sakinləri ilə birlikdə qeyd edib.
ARANTV.AZ xəbər verir ki, braziliyalı futbolçu İçərişəhərdə çərşənbə tonqalını çəkən “Global Photo Stock”un əməkdaşının obyektivinə tuş gəlib.
Yerli sakinlərlə əvvəlcə ocaq çatan, ardınca tonqalın ətrafında əylənən, yumurta döyüşdürən Almeyda qədim Novruz adətlərimizdən biri olan papaq atmağa da imkan tapıb.

