Kriminal 

Bakıda qanlı gecə:Bıçağı dostunun sinəsinə sancdı+VİDEO

Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ-ın ona-ya istinadən məlumatına görə, Sahil qəsəbəsində 1983-cü il təvəllüdlü Məmmədov Rəşad Oktay oğlu yaşadığı evin yaxınlığında dostu ilə mübahisə edib. Nəticədə o bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxanın növbətçi cərrahı Bəhrəm Zeynalov ONA-ya verdiyi müsahibədə bildirib ki, R.Məmmədov cərrahi əməliyyat olunub. Bıçaq onun döş qəfəsinin sol nahiyəsinə sancılıb. Vəziyyəti isə orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Daha çox xəbərlər