Röyanın turnesi martda başlayacaq
Əməkdar artist Röya Ayxan Moskvada solo konsert verəcək. ARANTV.AZ xəbər verir ki, müğənni konsertin afişasını “İnstagram” bloqunda paylaşıb. Məlumat üçün bildirək ki, Röyanın “Новруз Байрам” adlı konserti martın 20-də “Dream City” restoran zalında olacaq. Konsertin təşkilatçısı “Morafu Group”dur. Moskvadan sonra isə, super ulduzun konserti martın 22-də Dubayda keçiriləcək.



