BŞİH-dən Novruz bayramı ilə bağlı icra başçılarına tapşırıq – SİYAHI
Bakının rayonlarında Novruz bayramı ilə konsert proqramları təşkil ediləcək.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən rayon icra hakimiyyətlərinə tapşırıq verilib.
Martın 19-da, saat 19:00-dan isə Nizami rayonu, Heydər Əliyev parkında geniş bayram konserti və atəşfəşanlıq olacaq.
Eyni zamanda, sabah Dəniz kənarı Milli Parkda, İçərişəhərdə və Fəvvarələr meydanında konsert olacaq.
Hər rayon bayramın ayrı-ayrı günlərində konsert proqramı təşkil edəcək.

