Narkomaniyaya yox deyək!
Suraxanı B. QULAMOĞLU adına 285 saylı tam orta məktəbində keçirilən maarifləndirici tədbir bəşəriyyətin bəlası olan narkomaniya qarşı mübarizəyə həsr olunmuşdu. Tədbiri məktəbin direktoru Səfurə Rəhimova açıb. İştirakçıları salamlayan məktəb direktoru mövzu ətrafında çıxış üçün ilk sözü Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətova vermişdir.
Natiq narkomaniyanın insan həyatına gətirdiyi dəhşətlərdən faktlar əsasında ətraflı danışmışdır. Daha sonra rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov məktəblilərə narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri, yaratdığı sosial problemlər haqqında geniş məlumat vermişlər.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy isə narkomaniya ilə yanaşı gənclərin radikal dini qrupların təsirinə düşməməsi, radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə ictimaiyyətin rolundan söz salmışdır.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova da söz verilib: ”Bu gün ölkəmizin bütün sahələr üzrə qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə gələndən sonra qoyulan möhkəm təmələ əsaslanır. Ölkə başçısı, möhtərəm İlham Əliyevin həyata keçirdiyi islahatlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı inkişaf strategiyası bir daha sübut edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illər narkotik vasitələrə qarşı mübarizə xeyli güclənmiş, dövlət orqanlarının bu sahədəki fəallığı artmışdır. Sosial bəlaya qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin təşkilinin əhəmiyyəti çox önəmlidir”.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətovun, rayon prokuroru Rəşid Mahmudovun, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədovun, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aqil Əlisoyun və Xalidə Rzayevanın, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, məktəbin şagird və müəllim kollektivinin qatıldığı tədbir məktəblilərin təqdimatında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən səhnəciyin nümayiş ilə başa çatmışdır.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü










