İSLAM 

Adam səfərdə namaz qılmaq imkanı olmayacağını ehtimal edirsə…

İslam şəriətinə görə gündəlik namazlar, Ramazan orucu, həcc kimi vacib ibadətləri öz vaxt çərçivəsində yerinə yetirmək lazımdır. Vaxt daxil olmadan bu ibadətləri yerinə yetirmək olmaz. Kimsə bunu etsə səhv edir və ibadət məsuliyyəti onun boynundan götürülmür. Əgər vaxt çərçivəsi ərzində ibadəti etməsə, vaxt bitdikdən sonra qəza edə bilər, amma vaxtından qabaq edə bilməz. Əgər insan gün ərzində namazları qıla bilməyəcəyini ehtimal etsə belə, onları vaxtından qabaq yerinə yetirə bilməz. Qeyd edirik ki, namazı qəsdən qılmayıb qəzaya vermək də günah sayılır. Şəriətin nəzərdə tutduğu qaydalar daxilində namaz üçün münasib bir şərait tapıb mütləq qılmaq lazımdır.

Daha çox xəbərlər