Cəmiyyət 

Əkib-becərmək həvəsi…

Torpağın oyanışı,  təbiətin canlanması   güzəranı halal  zəhmətlə  bağlı olan kənd adamına yeni bir qurub-yaratmaq həvəsi gətiribdir. Əməyə məhəbbətin nəticəsidir ki,  təzə-təzə  torpaqdan boy verən müxtəlif ərzaq məhsulları, taxıl zəmiləri göz oxşayır. Hər gün ilıq bahar günəşinə doğru boy atan yaşıl bitkilər  indidən bolluqdan xəbər verir.

Bol məhsul əldə etməyin əsl ustası olan Masallı tərəvəzçilər də bu baharlı günlərinin gözünü iş başında açırlar. Mütərəqqi iş üsullardan, qabaqcıl təcrübələrdən səmərəli istifadə etməklə  sahələrdə yazlıq əkinləri gündən-günə sürətlənir.  Qısa müddətdə isə  rayonda  269 hektar sahədə badımcan əkilib. Bu da ötənilki nəticədən 10 hektar çoxdur. Xırmandalı, Səmidxan və Həsənli ərazilərində  əkin başa çatmaq üzrədir. Hazırda ərazilərdə örtük altına badımcan şitili köçürülür.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər