BMT ilə birgə tədbirin Şuşada keçirilməsi xüsusi əhəmiyyət kəsb edir
12 aprel tarixində Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına dair hesabat müşavirəsi keçirilmişdir. Müşavirədə görülmüş işlərin nəticələri müzakirə olumuş və gələcək planların icrası haqda fikir mübadiləsi aparılmışdır. Hesabatda işğaldan azad edilmiş torpaqlarımızda görüləcək işlər barədə geniş planlar var. 30 il həsrətin çəkdiyimiz torpaqlara təkcə qovuşmaq sevinci deyil, eyni zamanda bu torpaqların istifadəyə verilməsinin iqtisadi əhəmiyyəti, infrastruktur, turizm və digər məsələlər diqqət mərkəzindədir. İşğaldan azad olunmuş torpaqlarda həyata keçiriləcək digər layihələrdə beynəlxalq şirkətlərin investorlar kimi iştirakı, ölkəyə xarici valyutanın girişi həm iqtisadi cəhətdən dəyərlidir, həm də siyasi aspektdən.
BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyan qurumdur və ölkəmizin BMT-yə üzvlüyünün 30 illiyinə həsr olunmuş tədbirin Şuşa şəhərində keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir.
Həmçinin Avropa İttifaqı ilə təmasların daha intensivləşməsi də mühüm məsələdir. Azərbaycan uğurlu xarici siyasət yürüdərək həm Avropa İttifaqı, həm qonşu ölkələrlə dostluq münasibətlərini davam etdirir.
Qısa müddət ərzində Şuşa şəhərində məktəb və xəstəxana istifadəyə veriləcəyi üçün yaşayış məhəllələrinin salınması, əhalinin məskunlaşması, Ağdam, Füzuli şəhərlərinin baş planları, Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisinə dair görülən və görülməkdə olan işlər haqqında da məlumat verilmişdir. Əsasən ölkənin iqtisadi güclənməsinə önəm verilərək ümumdaxili məhsulun, eləcə də qeyri-neft sektorunun artım faizləri iqtisadi yüksəliş reallıqlarını əks etdirir. Həmçinin ixracatın artımı da görülən işlər siyahısına daxil edilmişdir.
Bildiyimiz kimi dünyada qeyri-sabitlik, münaqişələr, konfliktlər getdicə artmaqdadır. Bu isə öz mənfi təsirlərini göstərməkdə davam edir. Qarşıda ərzaq qıtlığı, bahalaşma kimi böhran gözlənilir ki, Azərbaycanın bu böhrandan uğurla çıxması üçün görülən işlərin müzakirəsi diqqət mərkəzindədir. Nəzərə alsaq ki, müharibə şəraitində olan Rusiya və Ukrayna dünya taxıl bazarlarının əsasını təşkil edirdi və taxıl sənayesində qıtlıq daha çox diqqət mərkəzindədir. Azərbaycan bu mənfi təsirləri öncədən nəzərə almışdır. Ölkəmizin 60% taxıl istifadəsi öz hesabınadı. İşğalan azad olunmuş ərazilərdə kənd təsərrüfatının sürətli inkişafı qalan faizi də öz hesabımıza ödəməyə imkan verəcəkdir. Keçirilən müşavirənin nəticələri hər bir vətəndaşda inam, ümid formalaşdırır ki, durmadan, yorulmadan, məqsədli şəkildə atılan addımlar rifahımıza səbəb olacaqdır.
Qərənfil Nəsibova,
YAP siyəzən rayon təşkilatının əməkdaşı

