Şəkidə indiyədək 1640 hektar sahədə yazlıq bitkilər əkilib
Şəki rayonunun təsərrüfatlarında yaz tarla işlərinə başlanılıb. Qısa müddətdə 1640 hektar sahədə yazlıq bitkilər əkilib və əkin-səpin işləri davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Bildirilib ki, məhsul istehsalçıları indiyədək 1250 hektar sahədə kartof və tərəvəz, 120 hektarda dən üçün vələmir, 72 hektaradək sahədə şəkər çuğunduru əkib, 198 hektar sahəyə təzə yonca səpiblər.
Yaxın günlərdə təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsinə də başlanacaq. Cari təsərrüfat ilində rayonda 1250 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Şəkili fermerlər bu il 917 hektar sahədə “Virciniya botaniki”, 333 hektarda isə digər növ tütün yetişdirəcəklər.

