Hadisə 

Tovuzda maşın elektrik dirəyinə çırpıldı, iki nəfər yaralandı

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

ARANTV.AZ  xəbər verir ki, rayonun Heydər Əliyev prospektində avtomobil maneəyə çırpılıb.

İdarəetmədən çıxan VAZ-2106 markalı minik avtomobili əvvəl elektrik dirəyinə, sonra isə yolun kənarındakı dəmir manəyə çırpılıb.

Hadisə zamanı Gəncə şəhər sakini 1982-ci il təvllüdlü Ferrux Mehdiyev ve Salyan rayon sakini 1992- ci il təvəllüdlü Miryaqub Mirsalahov müxtəlif bədən xəsraətləri alıb.

Faktla bağlı Tovuz rayon polis şöbəsində araşdırma aparılır.oxu.az

Daha çox xəbərlər