Dünya 

Qanada faciə: 70-dən artıq ölü var

Qananın qərbində iki avtobusun toqquşması nəticəsində 70-dən artıq sərnişin ölüb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi Şimali Kintampo dairəsində qeydə alınıb. Toqquşmadan sonra avtobuslardan biri yanıb. Yanan avtobusun bütün sərnişinləri ölüb. Digər avtobus isə dərəyə yuvarlanıb.

Xəsarət alanlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəyə avtobuslardan birinin sürücüsünün sükan arxasında yatması ilkin səbəb kimi göstərilir.

Daha çox xəbərlər