Hadisə 

Bakıda qadın özünü 9-cu mərtəbədən atıb

Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yeni Günəşli V massivində qeydə alınıb. Belə ki, 10-cu binada yaşayan 1990-cı il təvəllüdlü Məmmədova Gülər Sahib qızı 9-cu mərtəbənin balkonundan yerə atıb. O, aqoniya vəziyyətində xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Daha çox xəbərlər