Tibb müəssisələrində qanunsuz transplantasiyaya görə yeni cəzalar müəyyənləşir
Azərbaycanda tibb müəssisələrində qanunsuz transplantasiya həyata keçirməyə görə yeni cəzalar müəyyənləşir.
ARANTV.AZ xəbər verir ki, bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) tətbiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və ya tibb müəssisələrindən kənarda donor orqanlarının götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi 10 min manatdan 15 min manatadək miqdarda cərimə və ya 2 il müddətədək islah işləri və ya 2 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

