Siyasət 

Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI – FOTO

Prezident İlham Əliyev Ş.H.Xanbabayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ARANTV.AZ azərtac-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin”.

Milli.Az bildirir ki, Şəmsəddin Xanbabayev 2004-cü ildən Xaçmaz rayonunun icra başçısıdır.

 

Daha çox xəbərlər