Türkiyədə ağır qəza: azərbaycanlı ailə yaralandı
Azərbaycandan gedən avtomobil Türkiyədə qəzaya uğrayıb.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, qəza Ərzincan-Ərzurum magistralının Cengiz Tapel məhəlləsindən keçən hissəsində baş verib.
Qəza zamanı avtomobildə olan ailə ağır yaralanıb. Onlar Mengücek xəstaxanasına aparılıb.
Məlumatlara görə, hadisə zamanı sürücü idarəetməni itirib və avtomobil bir neçə dəfə yuvarlanıb.

