Kriminal 

Gecə Bakıda qan töküldü – VİDEO

Bakıda dostlar arasında qanlı dava baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Pənahov Elnur Rasim oğlu adı istintaqa bəlli olmayan dostu tərəfindən bıçaqlanıb.

E.Pənahov təcili 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb. Ona sol budun arxa səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

oxu.az

Daha çox xəbərlər