Sumqayıtda xəstəxanada yanğın olub
Sumqayıtda Təcili Tibbi Yardım Xəstəxanasının üçüncü mərtəbəsində yanğın olub.
ARANTV.AZ xəbər verir ki, xəstəxananın baş həkimi Rauf Sadıxov qafqazinfo-ya açıqlamasında bildirib ki, hadisə günorta saatlarında üçmərtəbəli binanın dəhlizində elektrik şitində qısa qapanma nəticəsində baş verib.
15 ədəd elektrik açarı və 2 paqonometr elektrik kabeli yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

