Hadisə 

Sərnişin avtobusu yük avtomobilinə çırpıldı – Azərbaycanda AĞIR QƏZA

Qaradağ rayonunda qəzaya uğrayan sərnişin avtobusu Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən müntəzəm marşrut xətlərinə aid deyil.

ARANTV.AZ  xəbər verir ki, bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

***

Bakının Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə rayonun Ələt qəsəbəsində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən ot bağlamaları ilə dolu “Shagman” markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb olunub.

 

Daha çox xəbərlər