Betonqarışdıran aşdı, sürücü öldü
Şəmkirdə sürücünün ölümü ilə nəticələnən yol məqliyyat hadisəsi baş verib.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Morul kəndi ərazisində betonqarışdıran “Kamaz” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü, rayon sakini 1962-ci il təvəllüdlü Arifli Eldəniz Tofiq oğlu yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.

