Cəmiyyət 

Vəkil olmaq istəyən 171 nəfər növbəti mərhələyə keçdi

Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

ARANTV.AZ  bildirir ki, imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib. İmtahan kompüterlər
vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra
onlara nəticələri haqqında arayış təqdim olunub.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 238 namizəd qeydiyyatdan keçib. 2 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 236 namizəddən 171 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.milli.az

Daha çox xəbərlər