Azərbaycan dövlətçiliyinin xilas günü
Dövlət müstəqilliyini elan etmək hər şeyə nail olmaq demək deyi. Əsas, elan edilmiş müstəqilliyi qorumaq, möhkəmləndirmək, inkişaf etdirmək və beynəlxalq aləmdə bərabərhüquqlu tərəfdaş kimi tanıtdırmaqdır. 18 oktyabr 1991-ci ildə müstəqilliyin bərpası haqqında konstitusiya aktı qəbul edildi. Akta görə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu elan edildi. Ancaq həmin vaxt hakimiyyətdə olanlar ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində konkret olaraq heç bir strateji addım atmadılar. Eyni zamanda,sonrakı hadisələr də göstərdi ki, ozamankı rəhbərlik müstəqilliyin qorunub saxlanılması kimi milli vəzifəni yerinə yetirmək iqtidarında deyildi.
1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi,siyasi problemlərlə üzləşən,vətəndaş müharibəsi astanasında olan Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Belə ölan halda, ölkədə separatizm meyilləri baş qaldır mağa başlamışdı. Artıq ölkənin bir sıra ərazilərində qanunsuz silahlı birləşmələr mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Eyni zamanda Ermənistan təcavüzü davam edir və xarici döv lətlər Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Məhz 1993-cü ilin 4 iyun Gəncə hadisələri də belə bir şəraitdə baş verdi. Gəncə qiyamı ölkədə anarxiyanın, hakimiy yətsizliyin , səriştəsiz rəhbərliyin bariz göstəricisi idi. Həmin tarixdə Gəncədə sabiq korpus komandiri Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Bundan sonra Surət Hüseynov tabeçiliyində olan qoşun hissəsinin Bakıya doğru isti -qamət götürməsi haqqında əmrini verdi. Vəziyyət getdikcə daha da kəskinləşdi. 709-cu briqadanı tərksilah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında baş verən döyüş hadisələrin kulminasiya nöqtəsi oldu. Vətəndaş müharibəsi baş vermişdi. Bu, hakimiyyət daxilində xaos və böhranın dərinləşməsinə səbəb oldu.
Əslində, 4 iyun hadisələri bir daha belə bir məqamı aşkar etdi ki, xalqın dəstəyinə söykənməyən, idarəetmə təcrübəsinə malik olmayan, eləcə də dərin daxili ziddiyyətlər məngənəsində olan hakimiyyət ölkənin müstəqilliyini qorumaq və suverenliyi təmin etmək iqtidarında ola bilməz. Xususən də mürəkkəb proseslərin cərəyan etdiyi bir mərhələdə zəngin dövlətçilik təcrübəsinə malik olan siyasi lider yoxdursa, o zaman hər hansı bir uğurdan bəhs etmək olmaz.
Beləliklə, Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir məqamda italyan filosofu Nikola Makiavellinin sözləri yada düşür: ”Bəzən dövlət elə bir uçurumun kənarına gəlir ki , onu bu uçuruma yuvarlanmaqdan yalnız qətiyyət və müdriklik xilas edə bilər.Həmin anda bu tələblərə cavab verən liderin dövlət başına gəlməsi əsl TANRI bəxşişidir”.
Belə bir situasiyada xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutub, onun hakimiyyətə qayıdışını təkidlə xahiş etdilər. O zaman olkədə hakimiyyəti zəbt etmiş qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər.
Beləliklə, 9 iyun 1993-cü ildə Ulu öndər Heydər Əliyevin Naçxıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetin sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail oldu.Ulu öndərin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur mənbəyinə çevrildi.
Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən,tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Azərbaycanı parçalamaq, forposta çevirmək və korporativ maraqlar əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Seperatçılarla yanaşı,onlara havadarlıq edənlər Azərbaycanda Ulu öndərin yarat- dığı milli birliyə məğlub oldular.
Ölkəmizdə hökm sürən xaos və anarxiya meyllərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi katakilizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin bərpa edilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi rol oynadı. Bu günədək əldə etdiyimiz nailiyyətlərin kökündə məhz QURTULUŞ məfkurəsinin dayanması tarixi bir gerçəklikdir.
Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir. 1993-cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyini daimi, dönməz və əbədi etdi.

Əlipənah Həsənov,
Heydər Əliyev adına liseyin tarix müəllimi

