Nizami küçəsində dəhşət – Ruhi xəstə yolun ortasında öldü
Tərtər şəhərində ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, martın 31-də saat 22 radələrində Tərtər şəhərinin Nizami küçəsində şəhər sakini C.Səfərov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən həmyerlisi, 1973-cü il təvəllüdlü Vüqar Məmmədovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Ölən şəxsin ruhi xəstə olduğu və maşının qarşısına qəfil çıxdığı bildirilir.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.publika.az

