Hadisə 

Samuxda yanğın olub – Ölən var

Samux rayonunda, fərdi  evdə baş verən yanğın ölümlə nəticələnib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Abbas Qasımov küçəsində qeydə alınıb.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub.

Ölən şəxs Samux rayon sakini, 1972-ci il təvəllüdlü Hüseynov Habil Mikayıl oğludur. Onun tüstüdən zəhərlənərək öldüyü bildirilir.

O, hadisə zamanı evdə tək olub. Faktla bağlı araşdırma aparılır.oxu.az

Daha çox xəbərlər